Bu gün:


Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb?

Tarix: 11.06.2022 / 07:47  •   Oxundu: 96 dəfə  •  

Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb.
"Xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib.
O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.