Bu gün:


Erməni əsgər bir həmkarını güllələyib öldürdü, ikisini isə yaraladı...

Tarix: 11.12.2021 / 10:30  •   Oxundu: 170 dəfə  •  

Dekabrın 10-da saat 19:30 radələrində Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrin birində ilkin məlumatlara görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü sıravi əsgər Senik Aşot Arzumanyan həmkarının açdığı atəş nəticəsində ölümcül yaralanıb.

İDEAL Media.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda Ermənistan Müdafiə Nazirliyi  məlıumat yayıb.
 
Məlumatda daha iki hərbçinin yaralandığı bildirilir. 
 
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün Ermənistan MN  və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.