Bu gün:


Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb

Tarix: 21.03.2024 / 15:14  •   Oxundu: 110 dəfə  •  

Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb.

Peşəkar Futbol Liqasından İDEAL-a verilən məlumata görə, qarşılaşmalar apreldə baş tutacaq.

XXX turun mərkəzi oyununda “Sabah” klubu “Qarabağ”ı “Bank Respublika Arena”da sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

XXIX tur

5 aprel (cümə)
20:00. “Araz-Naxçıvan” – “Kəpəz”

“Liv Bona Dea Arena”

6 aprel (şənbə)
16:00. “Turan Tovuz” – “Sabah”

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika stadionu

7 aprel (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”

XXX tur

12 aprel (cümə)
19:00. “Sumqayıt” – “Zirə”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

13 aprel (şənbə)
16:30. “Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”

14 aprel (bazar)
16:30. “Səbail” – “Kəpəz”
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”