Bu gün:


Millimizin üzvü üzr istədi

Tarix: 08.09.2021 / 08:41  •   Oxundu: 110 dəfə  •  

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan  millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyunu olub.

İDEAL Media.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olan yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev azarkeşlərdən üzr istəyib.

O, İnstaqram səhifəsində yazıb:
"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".