Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
Tarix: 12.11.2021 / 15:59 •
Oxundu: 207 dəfə •
Futbol üzrə Gənclər Liqasının (19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı - red.) “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.
İDEAL Media.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.
Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak edib.
AFFA İntizam Komitəsi bütün 4 futbolçunu 6 oyun cəzalandırıb.