Bu gün:


Orucovun komandası Parisdə ikinci oldu

Tarix: 12.12.2021 / 17:03  •   Oxundu: 96 dəfə  •  

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün İnstaqram səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: "Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!"

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.