Bu gün:


"Qalatasaray" və "Fənərbağça" məğlub oldu

Tarix: 14.12.2021 / 08:57  •   Oxundu: 122 dəfə  •  

Dekabrın 13-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" səfərdə "Sivasspor”un qonağı olub.

İDEAL Media.az xəbər verir ki, gərgin keçən görüşdə Sivas təmsilçiləri qonaqları minimal hesabla məğlub ediblər.

Günün digər matçında "Qaziantep" öz meydanında "Fənərbağça"nı 3:2 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan bir xal geri qalan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.