Bu gün:


Azərbaycan nefti bahalaşdı

Tarix: 27.04.2022 / 12:15  •   Oxundu: 121 dəfə  •  

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

İdealMedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,62 ABŞ dolları, yaxud 4,53% artaraq 106,72 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb