Bu gün:


Azərbaycan nefti 2%-dək ucuzlaşdı

Tarix: 08.09.2020 / 15:55  •   Oxundu: 132 dəfə  •  

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,76 ABŞ dolları, yaxud 1,76% azalıb.

idealmedia.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.(report.az)