Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım toplayan şəxslərə müraciət edib
Tarix: 06.10.2020 / 18:00 •
Oxundu: 110 dəfə •
Müdafiə Nazirliyi Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərə müraciət edib. idealmedia.az-ın məlumatına görə, müraciətdə deyilir: "Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur. Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar: https://ibar.az/az/donate, https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8, https://asanpay.az/intro/home, https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir".