Bu gün:


"Toyumda 13 gəlinlik geyinəcəyəm"

Tarix: 25.09.2022 / 21:25  •   Oxundu: 143 dəfə  •  

Türkiyəli müğənni İbrahim Tatlısəsin özü kimi ifaçı olan qızı Dilan Çıtak Tatlısəs son açıqlaması ilə diqqət çəkib.
Bir neçə ay əvvəl nişanlanan müğənni toy hazırlıqlarına başladıqlarını bildirib. O, son zamanlar gəlinlərin toylarında birdən çox gəlinlik geyinməsinə də toxunaraq mövzuya zarafatla yanaşıb:
Hər şey hazırdır, amma gəlinlik bəyənə bilmədim, hələ də bunun təlaşı içindəyəm. Son zamanlar əksəriyyət toylarda 3 və ya 4 gəlinliyə üstünlük verir. Toyumda 13 gəlinlik geyinəcəyəm. Zarafat bir yana, bəyəndiyim 2 model var, ikisini də geyinəcəyəm. Şahidlərim də dəqiq deyil, çünki onlar məşğul adamlardır, hələ dəqiqləşməyib, 2 nəfər olacaq".
Qeyd edək ki, Dilan 4 ildir münasibətdə olduğu sevgilisi Levent Dörtellə mayda nişanlanıb.