"Deyəcəklər, pul yığmaq üçün ad günü edir" - Nüşabə Ələsgərli
Tarix: 18.12.2022 / 17:53 •
Oxundu: 82 dəfə •
Yubileyi yaxınlaşan Əməkdar artist Nüşabə Ələsgərli yeni yaşını kiçik bir məclislə qeyd edəcəyini vurğulayıb.
İDEAL Media.az xəbər verir ki, sənətçi bu haqda “Zaurla Günaydın” verilişinə qonaq olarkən danışıb.N. Ələsgərli bildirib ki, böyük məclis keçirsə, insanlar onun bunu pul yığmaq üçün etdiyini düşünəcək:
“Fikirləşirəm ki, ad günümü geniş, təmtəraqlı, toy kimi etsəm, insanlar başqa şeylər düşünər. Getdim restoranla danışdım, siyahı da tutduq ki, kimləri çağıraq. Sonra gəldim evdə oturdum, dedim, camaat biraz başqa şey düşünər. Deyəcəklər ki, pul yığır”.
Qeyd edək ki, müğənninin 21 dekabrda 55 yaşı tamam olur.