"İnsanın azadlığı yoldaşını bağışlamaqla başlayır..." - Aktrisa Ülviyyə
Tarix: 14.01.2023 / 18:43 •
Oxundu: 193 dəfə •
Aktyor Murad İsmayıl 1 yaşı tamam olan kiçik oğlu Rəsulla bağlı paylaşım edib.
Övladıyla birgə fotosunu instaqramda izləyicilərlə bölüşən sənətçi ona arzularını ünvanlayıb:
"Sənin adını Rəsul qoyduq. Yəni həyatımıza gələn xoşbəxtlik elçisi olasan. Ad günün mübarək mənim nəfəsim, oğlum! İllər keçəcək, sən böyüyəcəksən. Atan səninlə həmişə fəxr edəcək. Həyatda qarşına çox suallar çıxacaq. Bəzilərinin cavabını tapacaqsan, bəzilərinin isə yox. Qarşına çox seçimlər çıxacaq. Bəzilərini seçəcəksən, bəzilərini yox. Ən böyük seçimin, bəlkə də, atanınkı kimi olacaq. Susmaq yoxsa danışmaq?
İkisi arasında qalanda,istəyirəm biləsən ki, bəzən sükut cavabdan güclü olur. Bəzən ona görə susursan ki, danışanların böhtanı, şəri sənə iyrənc görünür. Həmişə azad ruhlu olasan, mənim aslan oğlum. Biləsən ki, insanın azadlığı ailəsini sevməklə başlayır. Anasına bağlı olmaqla, atasına sayğı duymaqla, yoldaşını sevmək və bağışlamaqla... Ananı hər zaman sev, əziz oğlum! Çünki analar balaları ilə nəfəs alır! Çünki anasını sevməyən oğlan, qadınının heç vaxt dǝyǝrini bilə bilməz! Bir də biləsən ki, qadının azadlığı sevdiyinə itaət edəndə gözəl görünür. Qadın o vaxt kölǝyǝ çevrilir ki, onu sevənlərə nifrət edir və beləcə öz nifrətinin köləsi olur! Axı azadlıq ürəyin hər istədiyini etmək deyil. Azadlıq ürəyin istəmədiyini etməməkdir! Həmişə azad olasan oğlum! Amma azadlığının da köləsi olmayasan ! Nəfsinin köləsi olmayasan! Sərvətin köləsi olmayasan! Paxıllığın, böhtanın köləsi olmayasan, Rəsulum! Atan səni çox istəyir. Böyüyəndə, lap böyük kişi olanda səni də ailəsinə bağlı oğul, etibarlı həyat yoldaşı, güvənilən dost kimi görmək istəyir! Ad günün mübarək, oğlum! Xoşbəxt həyat yaşa!".
Qeyd edək ki, aktrisa Ülviyyə Xəlilbəyli də qısa müddət öncə övladı Rəsulla bağlı paylaşım edərək "Əyilməz və heç kimin köləsi olmayacaq qədər güclü bir anan olduğunu xatırlatdın" sözlərini vurğulamışdı. Muradın sözügedən paylaşımda köləliklə bağlı bildirdiyi fikirlərin isə həyat yoldaşına cavab olduğu düşünülüb.
Məlumat üçün bildirək ki, bir müddət öncə cütlüyün ayrıldığı barədə xəbərlər yayılsa da, Ülviyyə açıqlamasında aralarında yaranan söz-söhbət nəticəsində soyuqluq yarandığını, lakin boşanmadığını demişdi.