Bu gün:


Parlamentdə yenilik: Deputatlar kağız və “WhatsApp”dan imtina edir - Yeni proqram hazırlandı

Tarix: 22.09.2023 / 13:54  •   Oxundu: 98 dəfə  •  

Bir müddət əvvəl deputatlar üçün mobil tətbiq layihəsi hazırlanıb. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsi artıq komitə iclasında təqdim olunub.
 
Bildirilib ki, mobil tətbiq parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanıb. Artıq Milli Məclisin iclaslarının gündəlikləri, məktub və digər sənədlər mobil qurğu vasitəsilə ötürüləcək. Bu, mobil texnologiyaya keçid, informasiya əlçatanlığının təmini, kağız daşıyıcılardan istifadənin azaldılması, biznes prosesinin təkmilləşdirilməsi kimi məsələlərə xidmət edir. Mobil tətbiqin İOS və Android əməliyyat sistemləri üçün proqram təminatı yaradılıb.
 
Milli Məclisin deputatı Siyavuş Novruzov İDEAL MEDİA.az yeni tətbiq ilə bağlı danışıb.