Azərbaycan Pakistan və Böyük Britaniyaya avtomobillə yük daşımalarına başlayır
Tarix: 16.02.2024 / 09:54 •
Oxundu: 82 dəfə •
Bu ildən Azərbaycandan Pakistan və Böyük Britaniyaya avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi mümkün olacaq.
İDEAL bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verib.
Məlumata görə, artıq bu ölkələrlə ikitərəfli əsasda icazə blanklarının mübadiləsi aparılıb.
“Beləliklə, Azərbaycanın avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 50-yə çatıb. Həmçinin Azərbaycan daşıyıcılarının Türkiyə Limanlarından tam miqyaslı daşıma etmələrinə icazə verilməsi haqqında da razılıq əldə olunub. Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları coğrafiyası hər il genişlənir", - deyə məlumatda qeyd edilib.
Beləliklə, Azərbaycanın avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərdiyi ölkələrin sayı 50-yə çatıb. Həmçinin Azərbaycan daşıyıcılarının Türkiyə Limanlarından tam miqyaslı daşıma etmələrinə icazə verilməsi haqqında da razılıq əldə olunub.