Bu gün:


“çörək pulu”nun verilişi dayandırılıb?

Tarix: 02.03.2024 / 09:23  •   Oxundu: 164 dəfə  •  

Məcburi köçkünlərin fevral ayına olan müavinətləri hələ də ödənilməyib.

İDEAL bildirir ki, sosial şəbəkə istifadəçiləri də ötən gündən başlayaraq məcburi köçkünlərə verilən vahid aylıq müavinətin dayandırılacağı ilə bağlı iddialar paylaşırlar.


Məsələyə aydınlıq gətirmək üçün araşdırma apardığımız zaman məcburi köçkünlərin bankomatların önündən əliboş ayrıldıqlarını aşkarlanıb.


Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, müavinətin dayandırılması ilə bağlı yayılan iddialar yanlışdır.



Maliyyə Nazirliyindən də bildirilib ki, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.