Bu gün:


Azərbaycan kəndində tutulan ermənilər azadlığa buraxıldı

Tarix: 04.03.2024 / 09:59  •   Oxundu: 81 dəfə  •  

Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar.

İDEAL  xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı”nın Feysbuk səhifəsində məlumat paylaşılıb.


Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə sərbəst buraxılıblar.
Qeyd edək ki, ötən gün Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar. Onların əraziyə qanunsuz girdikləri üçün saxlanıldıqları açıqlanıb.