Bu gün:


Ruslan Pənahov hərbi xidmətinə DAVAM EDƏCƏK?

Tarix: 05.03.2024 / 17:41  •   Oxundu: 46 dəfə  •  

İDEAL məlumat verir ki, bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Yolunu itirərək Ermənistana keçən əsgər Ruslan Pənahov hərbi xidmətini davam etdirəcək?

Məsələ ilə bağlı hərbi ekspert Təyyar Eyvazov açıqlama verib:

"Baş verən hadisə fors-major bir haldır. Təbii ki, sözügedən əsgər hərbi hissəyə doğru gedirmiş və əlverişsiz hava şəraitindən düşmən tərəfə keçib. Məsələ araşdırılıb və yoluna qoyuldu. Onun sağlamlığı yoxlanılacaq və bir sıra məqamlar araşdırılacaq. Sağlamlığı imkan verirsə xidmətinə davam edəcək. Əsgər tərəfindən hər hansı bir qanun pozuntusu yoxdursa, sağlamlığa imkan verirsə qanunvericiliklə xidmətinə davam etməlidir".
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.