Bu gün:


AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ

Tarix: 23.09.2020 / 17:20  •   Oxundu: 79 dəfə  •  

AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqqında şok faktları açıqlayıb.

idealmedia.az asmedia.az-a istinadən verdiyi məlumata görə, o, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib:
“Dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq, 1994-cü il kimi göstərilib. 
Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işi yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev fəlsəfə elmləri üzrə doktorluq adını aldı. 
Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.