Bu gün:


Çin uyğur və etnik türk azlıqları saxladığı düşərgələri genişləndirir

Tarix: 24.09.2020 / 22:57  •   Oxundu: 101 dəfə  •  

Çin uyğur və etnik türk azlıqları saxladığı düşərgələri genişləndirir

Çinin 1 milyondan çox uyğuru və digər müsəlman etnik türk azlıqları saxladığı güman olunan düşərgələr əvvəlki hesablamalardan 40 faizə qədər böyükdür

Uyğurlar Çinin Sintzyan əyalətində ən böyük türkdilli icmadır.

2017-ci ildən Çində uyğurlar və digər müsəlman etnik qrup üzvləri saxlanaraq əmək düşərgələrinə oxşar mərkəzlərə yerləşdirilir.

Bu düşərgələrdə işgəncə, zorlama və digər pis rəftar formalarına yol verildiyi bildirilir.