“5 rayon söhbəti qəbulolunmazdır" – Millət vəkili
Tarix: 25.09.2020 / 10:41 •
Oxundu: 117 dəfə •
“Beş rayon söhbəti” yeni deyil, 90-larda başlayıb. Bütün bu illər ərzində bizim hökumət buna razılığını verməyib, doğru da edib”.
idealmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli özünün “Facebook” səhifəsində yazıb.
“Yalnız bir dəfə, 2008-ci ildə, Rusiyanın Gürcüstana təcavüzündən sonra, Prezident İlham Əliyev “5 rayon indi, 2 rayon 5 ildən sonar” düsturunu səsləndirib, amma onun çox dar və çoxdan bitmiş bir konteksti vardı - Rusiyaya ilə Ermənistan arasında quru yolun açılması (Gürcüstan öz ərazisində belə bir yolu bağlamışdı). Təklif belə idi ki, Rusiya 5 rayonu bizə qaytarır, biz də Rusiya üçün Ermənistana gedən dəmir yolunu açırıq. Amma Rusiya, bəli, məhz Rusiya, bununla razılaşmadı. Vikiliksdə bununla bağlı bir məlumat da vardı. Həmin məlumata görə, ABŞ Dövlət Katibinin yardımçısı ilə söhbətində İlham Əliyev Medvedevi yaxşı danışıqaparan adlandırıb, amma onun heç nəyi həll etmədiyini də deyib. Ondan sonra bu söhbət bağlandı.
Bizim üçün “5 rayon söhbəti”nin qəbulolunmazlığı həm də ondadır ki, onun içində Rusiya əsgərlərinin (sülhməramlı adı altında) ərazimizə gəlməsi var. Bizdəki hökumət bununla razılaşmayıb, çünki, başqa şeylərlə yanaşı, Gürcüstanın yanlışından dərs alıb. Gürcüstan (Şevarnadzenin dönəmində) Abxaziyada və Cənubi Osetiyada Rusiya “sülhməramlılarının” yerləşdirilməsinə razılığını vermişdi. Sonrasını özünüz də bilirsiniz”, - deyə deputat yazıb.