Rusiyalı ekspert: Şuşanın azad edilməsi Ermənistanının məğlubiyyətini qaçılmaz etdi
Tarix: 10.11.2020 / 13:51 •
Oxundu: 154 dəfə •
“Azərbaycan qoşunlarının Şuşanı işğaldan azad etməsindən sonra Ermənistanın Qarabağ müharibəsində təslim olması qaçılmaz oldu”.
“Asmedia.az” xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu gün “Vestnik Kavkaza” qəzetinə Ermənistan qoşunlarının işğal altındakı Azərbaycan bölgələrindən çıxarılmasına dair razılaşmanı şərh edərkən bildirib.
“Paşinyan Azərbaycanın bu müharibədəki hərbi qələbəsi səbəbindən təslim oldu və müvafiq bir siyasi razılaşma imzaladı. Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhərinin azad olunması bu müharibədə dönüş nöqtəsi və Ermənistan ordusunun müqavimət göstərməsinin mənasız olması demək idi. Buna görə də Azərbaycan öz ordusu və Ali Baş Komandan İlham Əliyev sayəsində zəfər qazandı”,- deyə Korotçenko qeyd edib.
O bildirib ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin fəal şəkildə təşviq olunacağını gözləmək lazımdır: “Biz Rusiya sülhməramlılarının yerləşdirilməsinə və Ermənistan qoşunlarının müəyyən olunmuş müddətdə Azərbaycan ərazisindən çıxarılmasına ümid edəcəyik ki, bu da ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın dinc inkişafına daha da töhfə verəcək şərait yaradacaq.
Rusiya da öz növbəsində sülhməramlılıq vəzifələrini yerinə yetirəcək. Bu müharibədə lap əvvəldən bitərəf mövqe tutaraq, Ermənistanı dəstəkləmədən və bütün münaqişə tərəflərindən uzaqlaşaraq özümüzə sülhməramlı bir missiya oynamaq fürsətini təmin etdik. Bu missiya indi həyata keçirilməkdədir və inkişafa fayda gətirəcək”,- deyə ekspert sözlərinə əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, parlamentdəki və hökumət binalarındakı gecə saatlarında meydana gələn iğtişaşları nəzərə alaraq Ermənistanda bundan sonra nə olacağını proqnozlaşdırmaq hələ çox çətindir.
“Əlbəttə ki, bu, erməni cəmiyyəti üçün acı bir dərsdir. Artıq dəfələrlə dediyim kimi, Ermənistan bütün iddialarını Nikol Paşinyana ünvanlamalıdır. Bu adam yeni bir müharibəni gerçəkləşdirmək üçün hər şeyi etdi və bu müharibəni uduzdu. İndi isə buna görə cavab verməlidir. Necə? Qarşıdakı günlərdə görəcəyik”.
Xatırladaq ki, 9 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar. Əldə edilən razılaşmalara görə, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində qalacaq və bölgəyə Rusiya sülhməramlıları yerləşdiriləcək. Həmçinin, 15 noyabra qədər Kəlbəcər rayonu, 20 noyabra kimi Ağdam rayonu, 1 dekabra qədər Laçın rayonu Azərbaycana qaytarılacaq.