Bu gün:


Paşinyan İlham Əliyevin gücü qarşısında aciz qaldığını etiraf etdi

Tarix: 10.11.2020 / 15:07  •   Oxundu: 91 dəfə  •  

"Hərbi əməliyyatların başlanğıcında atəşkəs ona görə imzalanmadı ki, bu, özündə Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun verilməsini əhatə edirdi”.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan video-müraciətində deyib.

"Biz bu addmı ata bilməzdik, çünki rəqibi atəşkəsdə maraqlı tərəf edə biləcəyimizə inanırdıq. Təəssüf ki, bu baş vermədi”, - Paşinyan söyləyib.

"Öz adıma və hamımız adına çətin, çox çətin qərar qəbul etdim. Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Qarabağ müharibəsinə son qoyulması ilə bağlı bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə ifadə edilməyəcək dərəcədə ağrılıdır”, - o bildirib.