Bu gün:


İrəvandan Bakıya mesaj

Tarix: 02.10.2021 / 09:26  •   Oxundu: 217 dəfə  •  

Ermənistan Rusiya vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya prosesinə hazırdır.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının Armen Qriqoryan deyib.

“Demarkasiyadan söhbət gedirsə, Ermənistan buna hazırdır. Əgər Azərbaycanda buna ciddi hazırlıq varsa, biz irəliyə gedib Rusiya vasitəçiliyi ilə demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. O cümlədən, digər problemləri də həll etməyə çalışacağıq”, - deyə Qriqoryan deyib.