Erməni politoloq: Brüssel görüşündə Azərbaycan istədiyini alacaq
Tarix: 23.11.2021 / 10:09 •
Oxundu: 90 dəfə •
"Dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Əliyev-Paşinyan görüşündən yaxşı nəsə gözləməyə ümid etməyək".
Bu açıqlamanı erməni politoloq Qaqik Hambaryan edib. Onun sözlərinə görə, Azərbaycan görüşdən əvvəl güclü mövqedən çıxış edərək, mütləq istədiyini alacaq. Hambaryan onu da qeyd edib ki, yeni sənədlərin imzalanması Ermənistana fəlakət gətirəcək.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər.