Bu gün:


Erməni deputatdan şok etiraf

Tarix: 03.12.2021 / 16:56  •   Oxundu: 78 dəfə  •  

“Ermənistan müharibəni uduzub və hazırda zəif vəziyyətdədir. Hökumət Türkiyə və Azərbaycanla danışıqlar aparmalıdır, amma bu, Rusiya kimi vasitəçilər olmadan gerçəkləşməlidir”.

İDEAL Media.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sabiq deputatı Stepan Qriqoryan deyib.

Türkiyə və Azərbaycanın Zəngəzurda dəhliz açmaq istəyinin ağlabatan olduğunu qeyd edən Qriqoryan bildirib ki, bu Ermənistanın maraqlarına zidd deyil. Çünki Rusiya da bunu dəstəkləyir və Ermənistana bu istiqamətdə təzyiq edir.

“Dəhliz” ifadəsinin Ermənistanda narahatlığa səbəb olur. Millətçi dairələrdən etirazlar var. Biz demokratik ölkəyik. Hər kəs öz fikrini bildirə bilər.
Azərbaycan bu dəhlizin Ermənistanın suverenliyinə qarşı olmadığını deyir. Hesab edirəm ki, Rusiya bu məsələdə tərəfləri manipulyasiya edir və ona görə də Moskva kimi vasitəçi olmadan danışıqlar aparılmalıdır”.

Sabiq deputat Qarabağ məsələsinin Türkiyə və Ermənistan arasında ilk normallaşma prosesini əngəllədiyini xatırladıb:
“Azərbaycan indi Qarabağ ətrafındakı 7 rayonu geri alıb, Şuşa və Hadrut da daxil olmaqla Qarabağın böyük hissəsinə nəzarət edir. Bu gün bizim sülhü bərqərar etmək şansımız daha böyükdür. İndi tərəflər vasitəçisiz masa arxasında əyləşə bilər”.