Bu gün:


Hami Aksoydan SƏRT REAKSİYA

Tarix: 26.11.2020 / 16:05  •   Oxundu: 66 dəfə  •  

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “Twitter” hesabında Fransa Senatının təxribat xarakterli qətnaməsinə münasibət bildirib.
Türkiyə XİN rəsmisi qeyd edib ki, bu qətnamə Fransanın tərəfsizliyini qorumadığının göstəricisidir:
“Fransa Senatının bu qərarı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bu günə qədər məsələyə niyə çözüm gətirmədiyini ortaya qoyur, necə tərəfli olduğunun açıq göstəricisidir”.