Bu gün:


“Fransa ilə münasibətlərə yenidən baxılmalıdır”

Tarix: 03.10.2020 / 08:00  •   Oxundu: 212 dəfə  •  

Azərbaycan Demokrat Partiyası (ADP) Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın işğal altında olan öz tarixi torpaqlarının işğaldan azad edilməsi istiqamətində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı ifadə etdiyi mövqeyinə dair bəyanat qəbul edib.
idealmedia.az”a daxil olan bəyanatada ADP Fransa prezidenti Emmanuel Makronun “Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla Azərbaycanın yenidən Dağlıq Qarabağı işğal etmək istəməsi” ilə bağlı mövqeyini qətiyyətlə rədd edərək bildirir ki, bu bəyanat Fransanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına zidd ermənipərəst bir mövqeyidir və Azərbaycan ərazilərinin erməni faşistləri tərəfindən işğalına haqq qazandırmaq deməkdir. ADP Fransa prezidenti Emmanuel Makronun bu bəyanatından sonra Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunmasının yolverilməzliyini bildirib və hesab edir ki, Fransa dərhal ATƏT-in Minsk qrupundan çıxarılmalıdır.
Partiya belə hesab edir ki, bütün dünyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı və BMT-nin bununla bağlı qərarı olduğu halda Fransa prezidentinin beynəlxalq hüquqa zidd olaraq belə bir mövqe ortaya qoyması onun Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbəri olmadığını göstərir.

ADP eyni zamanda, belə hesab edir ki, Fransa prezidenti Makron bu bəyanatla qardaş Türkiyə dövləti qarşısındakı son məğlubiyyətini kompensasiya etməyə cəhd edir, erməni faşistlərinə açıq dəstək verməklə bu məğlubiyyətin əvəzini Azərbaycandan çıxmaq istəyir ki, bu da qisasçılıqdır".
Bəyanatda sonra bildirilir ki, Qarabağda gedən hərbi əməliyyatlara Fransanın müdaxiləsinə heç bir hüquqi əsas yoxdur və Azərbaycan xalqı olaraq işğal altında olan ərazilərimizi beynəlxalq hüquq normalarına uyğun olaraq işğaldan azad edəcəyik.
ADP bəyan edir ki, Fransa prezidenti bu mövqeyi ilə Fransanın İslam ölkələrinə qarşı tarixi düşmənçiliyini bir daha nümayiş etdirir, ötən əsrdə Əlcəzairdə, hazırda da Liviyada müsəlmanların qanının tökməsinin bədəlini ödəmək əvəzinə, yenidən erməni faşistlərinin türklərin və müsəlmanların qanını tökməsinə dəstək çıxır ki, bu da Fransanın hələ də antiislam düşmənçiliyi mövqeyində qaldığını sübut edir.
Bəyanatın sonunda ADP Fransa prezidenti Emmanuel Makronun bu mövqeyinə cavab olaraq Azərbaycan hökumətini Fransa ilə münasibətlərinə yenidən baxmağa çağırıb.