Bu gün:


Kuleba: Kiyevin Qarabağa baxışı budur

Tarix: 27.11.2020 / 16:04  •   Oxundu: 238 dəfə  •  

Ukrayna Qarabağ münaqişəsinə beynəlxalq hüquqi çərçivədə baxır. Bizim mövqeyimiz çox aydındır. Türkiyə ilə eyni yanaşmadayıq.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Hər problem ilk baxışdan donmuş kimi görünür, amma hər an partlamağa hazırdır. Bu, dünyadakı hər böhran üçün keçərlidir.
Bu, bizim üçün xüsusilə vacib bir məsələdir. Rusiyanın Ukraynadakı təcavüzü ilə qarşı-qarşıyayıq. Krım Rusiya tərəfindən qanunsuz olaraq işğal edilib, əsgərlərimiz hələ də şərqdə ölürlər, münaqişə hələ də var. Heç bir şey unudulmamalıdır”, - deyə nazir bildirib.