Bu gün:


Ərdoğan: “Misirlə kəşfiyyat qurumları səviyyəsində münasibətlərimiz var”

Tarix: 30.04.2022 / 17:00  •   Oxundu: 346 dəfə  •  

“Hazırda bizim Misirlə kəşfiyyat qurumları səviyyəsində münasibətlərimiz davam edir”.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
 
Onun sözlərinə görə, hazırda iki ölkənin biznesmenləri arasında da əlaqələr mövcuddur: “Müsbət nəticələr yüksək səviyyədə də bu addımların atıla biləcəyi istiqamətindədir, çünki Misir xalqı ilə Türkiyə xalqının bir-biri ilə ortaq cəhətləri çoxdur”.