Bu gün:


ƏRDOĞANDAN MİSİR AÇIQLAMASI

Tarix: 07.05.2021 / 16:27  •   Oxundu: 191 dəfə  •  

Misir xalqına münasibətimiz çox müsbətdir.
İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Misir xalqı ilə türk milləti arasında tarixə söykənən əlaqələr var. Misir xalqını zorla yunan xalqı ilə birlikdə görmək bizi üzər. Bunu daha əvvəl də demişdim. Yeni dövr başladı və bu müddət içərisində öncə kəşfiyyat nümayəndələrimiz və Xarici İşlər Nazirliyi danışıqlara başladı. Bunu genişləndirərək davam etdirəcəyik", - Ərdoğan bildirib.