İrəvanda qaniçən rus generalın yubiley törəni
Tarix: 20.05.2022 / 13:00 •
Oxundu: 119 dəfə •
İrəvan şəhərində rus generalı İvan Paskeviçin 240 illik yubileyi qeyd olunub.
İDEAL Media.az Teleqraf.com-a istinadən xəbər verir ki, İrəvanın Noraqyux rayonunda general Paskeviçin büstünün yanında keçirilən tədbirdə çıxış edən “Rossotrudniçestvo”nun (Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentlik) Ermənistandakı nümayəndəsi Vadim Fefilov deyib:
“General Ermənistanın tarixində çox böyük rol oynayıb. Rus-fars müharibəsi zamanı o, rus qoşunlarına başçılıq edib, onun hərbi təcrübəsi və fərasəti sayəsində qoşunlar alınmaz İrəvan qalasını ələ keçirib. Bu qələbəyə görə o, İrəvan qrafı titulunu alıb.
Vadim Fefilov daha sonra bildirib:
“Bu gün biz əsl rus zabiti Paskeviçin 240 illik yubileyini qeyd edirik. İvan Fyodoroviç hiss edirdi ki, ermənilər qardaş xalqdır, uğrunda döyüşdükləri torpaq üçün başını döyüş meydanına qoymaqdan çəkinmir. Əlbəttə, bir çox ermənilər İrəvan qalasının İvan Paskeviçin sayəsində azad edildiyini bilir, lakin az adam bilir ki, Ermənistan vilayəti onun səyləri nəticəsində formalaşıb. Rus komandanı vilayətin abadlaşdırılmasında aktiv iştirak edirdi. O, ermənilərin vəziyyətindən çox narahat idi. Və bu abidə əsl qəhrəmanın xatirəsinə verə biləcəyimiz kiçik hörmət əlamətidir”.
Rusiya səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyinin təşəbbüsü ilə oktyabrın 1-də İrəvan qalasının işğal edilməsinin 195-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. O cümlədən, keçmiş qalanın ərazisində Paskeçivin heykəlinin açılışı və Aleksandr Qriboyedovun “Ağıldan bəla” tamaşasının nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, çar Rusiyanın generalı İvan Paskeçivin (1782-1856) rəhbərliyi ilə rus qoşunları ikinci rus-fars müharibəsinin (1826-1828) gedişi zamanı – 13 oktyabr 1827-ci ildə İrəvan qalasını və xanlığını işğal edib. Bu xidmətlərinə görə ona İrəvan qrafı titulu verilib. Bundan başqa İvan Paskeviç Azərbaycanın taleyini həll edən Türkmənçay müqaviləsinə Rusiya tərəfdən imza atan rəsmi şəxs olub.