Asfalt zavodunun nümayəndəsi cərimələndi
Tarix: 24.07.2023 / 11:26 •
Oxundu: 192 dəfə •
Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib.
Bu barədə İDEAL-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.
Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.