Bu gün:


ASLANOVLARIN PENİTENSİAR SİFƏTLƏRİ

Tarix: 18.08.2022 / 18:26  •   Oxundu: 372 dəfə  •  

Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində baş verənlər barədə ötən gün etdiyimiz paylaşımlar bir cox mətləblərdən xəbər verir.

Məlum oldu ki,2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanov “uzaqgörən siyasətçidir” və o, gələcəyə hesablanmış bir sıra konseptual işləri görməkdədir.Rəis Vüsal Aslanovu müdafiə edən şəxslər arasında xüsusilə Prezidenti və onun siyasətini təhqir edən “müxalifət liderlərin “ bacısı uşaqları görmək xüsusilə tragikomikdir.

Hələlik adını çəkmədiyimiz 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxs iddia edir ki, mənim bir kəlməmə görə Aslanov Vüsal bir neçə məhkumu pulsuz məhkəməyə təqdim etmiş və azadlığına qovuşdurmuşdur!?

Bütün baş verənlər hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qurbanov Xaliq Hüseyn oğlunun telefon zəngindən sonra baş vermişdi.

Xaliq Qurbanov İDEAL-a müraciət edərək,görüş zamanı pul tələb edilməsi və onun görüşünə gələn insanlara qarşı alçaldıcı və qeyri -insani ləyaqətsiz davranışları barədə bəhs etmişdir. (Xaliq Qurbanovun səs yazısı arxivdə saxlanılır)

Xalid Qurbanovun müdafiə edən digər şəxs isə özüdə bilmədən de-şifrə olunmuşdur.

Daxil olan məlumata görə həmin şəxs Xaliq Qurbanovla birlikdə narkotiklərin satışında bariqa olmuş şəxslərdən biridir. Həmin şəxs hazırda 2 saylı cəzaçəkmə müəsssisəsində saxlanılan və ARCM 234.4.3 maddəsi ilə mühakimə edilən Xaliq Qurbanovla narkotik vasitələrin satışı üzrə ortaqlığından dolayı artıq böyük biznes imperiyasinin sahibidir və həmin şəxs Vüsal Aslanovu  “yaxçı oğlan” adlandırmaqla yanaşı onun ən yaxın qohumu hakimiyyət dairələrində belə debil cinayətkar kimi tanınan Aslanov Qaçay Əvəz oğlunu müdafiə etməkdən usanmamışdır.

“ Yaxçı oğlanların” diqqətinə:

1. “Yaxçı oğlan” məhkumun hamam suyundan qazanılan pulla ailə üzvlərinə paltar və çörək almaz.
2.VVAQ-dan kənar rüşvət hesabına görüş təşkil edən vəzifəli şəxsin adı rəis deyil, Yengədir.
3.Qanuni telefon danışıq növbəsi olan kasıb məhkumu dilənçı adlandırıb, varlı məhkumu öz məşuqəsi ilə saatlarla danışdıran və bu yolla pul qazanan rəis və onun yamaqlarının mənliyi  olmaz.
4.Fizioloji bə bioloji quruluşuna sahib çıxa bilməyən translar vasitəsilə strateji obyekt hesab olunan cəzaçəkmə müəssisəsinini idarə edən vəzifəli şəxsin ona informasiyasına ehtiyacı olduğu transdan əsla fərqi yoxdur.
5.Məhkuma dövlət tərəfindən ayrılmış 6-cı sort yeməyi bazarlarda satdıran və öz hesabına yaşayan məhkumdan qanunun dililə danışan vəzifəli şəxs qanunsuz dünyaya gələn vələdzinadır.
6.Azərbaycan qanunlarını, Cəzaların İcra Qanunvericiliyini, məhkumların azadlıq haqqını məhkəməyə təqdimat adı ilə 1 ay üçün 500 manat rüşvət tələb edən rəis və onun tərbiyəsiz işlər üzrə müavininin milli və siyasi kimliyi bəlli olmaz.
7.Qurbanov Xaliq Hüseyn oğlunun müdafiəsinə qalxan İlqar adlı Şəxs əslində kimdir?

Araşdırmamız davam edir...

Polad Musayev