“Hökumət evi”ndə təmir-bərpa işləri aparılacaq
Tarix: 06.02.2024 / 14:56 •
Oxundu: 67 dəfə •
“Hökumət evi”ndə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
“İDEAL” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi hazırlıqlara başlayıb.
Təmir-bərpa işləri çərçivəsində 575 kvadratmetr ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kvadratmetr ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək. Bundan başqa, 69,3 kvadratmetrlik, eləcə də 2,7 kvadratmetrlik hissələrdə 41-60 sm çıxıntılı divar memarlıq detalları bərpa ediləcək və yenidən qurulacaq.
Həmçinin gücü dörd baldan yuxarı olan küləyə qarşı əlavə tədbirlər həyata keçiriləcək.