2023-cü ildə ölkədə 21688 boşanma hadisəsi baş verib
Tarix: 16.02.2024 / 11:34 •
Oxundu: 107 dəfə •
2023-cü ildə ölkədə 21688 boşanma hadisəsi baş verib. Bunu vəkil Zibeydə Sadiqova öz facebook hesabında paylaşıb
Sosioloq Mail Yaqublunun fikrincə ailələrin dağılmasının səbəbi tərəflərin hövsələsizliklərindən və anlayışsızlıqlarından qaynaqlanır.
“Boşanma mövzusu bu gün çox aktual və ağrılı məsələdir. Səbəblər çoxdur. Məncə ən aktual səbəblərdən biri, xanımlarımızın və bəylərimizin hövsələsizliyi və ideal insan axtarışında olmalarıdır. İdeal axtarır deyə, kiçik çatışmazlıq görəndə özündən çıxır və ayrılmaq qərarı verir. Gənc ailələrə ailənin dəyərini aşılamaq lazımdır",- Yaqublu bildirib.
Psixoloq Mələk Kərimova ailələrdə problemləri həll etmə bacarığı və istəyi olarsa boşanmaların azalacağını hesab edir.
“Dünyada evliliklərin təxminən 45-50 faizi boşanma ilə yekunlaşır. Boşanmanın bir çox səbəbləri var. Adətən boşanan cütlüklər " xasiyyətimiz tutmur" başlığı ilə bunu açıqlayırlar. Burada tərəflərin evliliklə bağlı gözləntilərinin reallaşmaması, tərəflər arasında münaqişələrin çoxalması, ekonomik vəziyyətin çətinləşməsi, ailədə qəfil gözlənilməz hadisələrin ortaya çıxması, ailələrin cütlüklərin həyatına hədsiz müdaxiləsi, xəyanət, maddə asılılığı, məsuliyyətsiz davranışların nümayişi vs. faktorlar sayıla bilər. Qadınların təhsil səviyyəsi artdıqca, əvvəlki nəsillər in bəzi qadınları kimi döyülsəm də söyülsəm də "evli" olum təki fəlsəfəsindən uzaqdırlar. Cütlüklər özlərini dəyərli hiss etdikləri münasibəti adətən davam etdirmək istəyirlər. Ailədə sevgi, sədaqət və hörmət olarsa və ekonomik çətinlik az olarsa, problem həll etmə bacarığı və istəyi olarsa sağlam münasibətlər qurulacaqdır”
Onun fikrincə, ailələrdə sağlam münasibətlərin qurulması üçün gənclərə kiçik yaşlarından məktəb və universitetlərdə müxtəlif dərslər tədris edilməlidir.
“Kiçik yaşlardan münasibətin qurulmasının öyrədilməsi, fərqliliklərə qarşı anlayışlı olmaq, evlilik öncəsi fiziki, ekonomik, psixoloji hazırlıq və məktəb, universitetlərdə ailə psixologiyası, ünsiyyət bacarıqları dərslərinin tədris edilməsi əhəmiyyətlidir” , - Kərimova bildirib.
Hüquqşünas Emin Quliyevin fikrincə Azərbaycanda Ailə qanunvericiliyi cari günün tələblərinə cavab vermir.
“Konstitusiyamızda qeyd olunur ki, Ailə dövlətin təməlidir. Ailələrin dağılması bir başa dövlətin təməlinə təsir edən amildir. Boşanmalar məhkəmədə işlərin də lüzumsuz çoxalmasına səbəb olur. Çünki ailə münasibətlərindən doğan kifayət qədər geniş mübahisələr var ki, həmin mübahisələr əsasən məhkəmələrdə öz həllini qismən tapır. Bununla belə hesab edirəm ki, artıq Ailə qanunvericiliyi cari günün tələblərinə cavab vermir, həmçinin, ailə dəyəri ilə bağlı cəmiyyətdə düzgün təbliğatlar aparılmır. İnsanlar boşandığı halda daha az sosial məsuliyyət daşımış olurlar, əsasən xanımlar. Hesab edirəm ki, Ailə qanunvericiliyi sahəsində geniş islahatlar aparılmalıdır. İnsanlar ailə qurulmasında onun qorunub saxlanılmasında daha maraqlı olmalıdırlar. Boşanma məsələlərində mənəvi zərər institu təkmilləşdirilməlidir”, - o bildirib.
2022-ci ildə boşanmaların sayı 15983 olub, ötən il isə bu rəqəm 31.3% artaraq 21688-ə çatıb.
Çiçək Sadatova