Bu gün:


Xətibzadə vidalaşdı: onu Kanaani əvəz edəcək

Tarix: 27.06.2022 / 15:31  •   Oxundu: 64 dəfə  •  

İran XİN-in mətbuat katibi vəzifəsinə Nasir Kanaani Çafi təyin edilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə hazırkı mətbuat katibi Səid Xətibzadə məlumat yayıb.
“Bu gün mənim bu vəzifədə son günümdür. Bundan sonra XİN-in rəsmi sözçüsü Nasir Kanaani olacaq”, - Xətibzadə bugünkü mətbuat konfransında deyib.
Qeyd edək ki, Nasir Kanaani təcrübəli diplomat sayılır, bundan öncə İranın Yaxın Şərq və Mərkəzi Asiyadakı səfərliklərində çalışıb.