"İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə..." - Ərdoğan
Tarix: 28.06.2022 / 13:49 •
Oxundu: 147 dəfə •
"İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün İspaniyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"İsveçin baş naziri, Finlandiya prezidenti və NATO baş katibinin iştirakı ilə dördtərəfli görüş keçirəcəyik. NATO-ya üzvlük müxtəlif öhdəlikləri də özü ilə gətirir. İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar. Bunun əksi düşünülə bilməz", - deyə o bildirib.
Türkiyə prezidenti NATO sammitində Ukraynadakı vəziyyətin də gündəmdə olacağını bildirib. R.T.Ərdoğan, həmçinin ABŞ prezidenti Co Baydenlə görüşə biləcəyini deyib.