Bu gün:


Ərdoğan Baydenlə görüşə hicablı tərcüməçi ilə qatıldı…

Tarix: 18.06.2021 / 11:12  •   Oxundu: 175 dəfə  •  

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə görüşə hicablı bir tərcüməçi ilə qatılması maraqla qarşılanıb. 

İDEAL Media.az  xəbər verir ki, bu olay xarici İslam saytları tərəfindən də şərh edilib.
 
“Türkiyənin Malayziyadakı səfiri Merve Kavakçının qızı olan Fatma Kavakçı tərcüməçilik vəzifəsinin öhdəsindən mükəmməl şəkildə gəldi”.

Şərhdə belə deyilir:
 
M.Kavakçı 1999-cu ildə seçildiyi Türkiyə parlamentində deputat mandatından məhrum edilməsi ilə tanınır. Səbəb and içmə mərasimində hicablı görünməsi olub. O, həmin vaxt Türkiyə vətəndaşlığından da məhrum olunub. Yalnız 2017-ci ildə Merve xanımın vətəndaşlığı bərpa edilib.  

Fatma eyni zamanda İmam Yusuf Kavakçının nəvəsidir. Dini lider qızlarının vətənlərində, yəni Türkiyədə hicabda təhsil almasına icazə verilməməsi səbəbindən ABŞ-a köçüb. Sonradan İmam Yusuf Şimali Texas İslam Birliyində imam olub və ştatda bir neçə islami təhsil müəssisəsi qurub. Onun qızı  Merve isə bir müddət hətta ABŞ Konqresinin müsəlman dünyası məsələləri üzrə məsləhətçisi kimi də çalışıb.