"Müharibənin uzunmüddətli ssenarisi Ukrayna üçün fəlakətli olacaq..."
Tarix: 08.07.2022 / 22:44 •
Oxundu: 111 dəfə •
"Onların ərazisi daha böyükdür, daha çox tankları və təyyarələri var, amma hamısı keçmişdən qalma, köhnədir..."
"Hər şey strateji müdafiənin nə dərəcədə səmərəli təşkilindən və silah tədarükündən asılı olacaq"
Ukraynada müharibənin bitməsinin tez, bədbin və Rusiya üçün dağıdıcı ssenariləri açıqlanıb
Ukraynanın müdafiə naziri Andrey Reznikov müharibənin bitməsinin üç mümkün variantını açıqlayıb.
"İlk ssenari elə rusiyalıların "good will", yəni "xoş məram" adlandırdıqları kimi olacaq, onlar Kiyevdən, Çerniqovdan, Sumıdan və İlan adasından qaçanda məhz bunu elan edib", - Reznikov deyib.
İDEAL Media.az xəbər verir ki, bu barədə o, "Forbs. Ukraina" jurnalının "Birlikdə qururuq" konfransında çıxış edərkən deyib.
Ukraynalı nazirin sözlərinə görə, bu ən sürətli variantda Ukrayna müharibənin əvvəlində olan mövqelərə çıxacaq, sonra Donetsk, Luqansk və Krımın statusu barəsində danışıqlar aparılacaq. Reznikov qeyd edib ki, "Minsk-3" və təslim olmaq barədə razılaşmalar istisna edilir.
İkinci ssenari Rusiya ordusunun tədricən "üyüdülməsidir". "Çünki bu müharibə resurslar müharibəsidir. Onların ərazisi daha böyük, daha çox tankları, təyyarələri və s. var, lakin heç biri müasir deyil, hamısı köhnədir və bu gün onlar ət maşını prinsipindən istifadə edirlər", - Reznikov belə deyib.
Onun fikrinə görə, bu daha uzun variantda müharibə bu ilin sonu, gələn ilin əvvəlində bitəcək.
Üçüncü ssenari ən uzun və "Rusiya üçün dramatik" olacaq.
"Bu, Rusiyanın bir neçə subyektlərə dağılması, suverenlik paradına bənzəyəcək: Tatarstan, Başqırdıstan, şərqdə baş verəcək proseslər və s.
Biz bunu hələ sağ ikən mütləq görəcəyik, lakin bu, bir qədər davamlı tarix olacaq", - Reznikov bəyan edib.
Lakin "davamlı tarixi" Ukraynanın xarici kəşfiyyat xidmətinin sabiq rəhbəri general Nikolay Malomuj ən bədbin ssenari hesab edir. Ukraynanın "Qlavred" nəşrinə müsahibəsində o, qeyd edib ki, uzunmüddətli münaqişə Ukrayna üçün fəlakətlidir.
"Rusiya Donetsk regionunu zəbt edəcək və Xarkova doğru hərəkət etməyə cəhd edəcək, haradasa dayanacaq, bu, qarşıdurma zonası olacaq, hər iki tərəf növbəli uğurlar qazanacaq. Sonra isə münaqişə dondurulacaq. Bu isə yolsuzluqdur. Bu, ən bədbin ssenaridir və Ukraynanın çiyinlərində ağır yük olacaq", - Malomuj deyib və vurğulayıb ki, bu ssenari qəbuledilməzdir və gerçəkləşməyəcək.
Lakin, generalın sözlərinə görə, hadisələrin gedişi "strateji müdafiəni nə dərəcədə səmərəli təşkil etmək"dən və, əlbəttə ki, silah tədarükündən asılı olacaq.
"Bizə həm özümüzün, həm də Qərbin raketləri, güclü radioelektronika, onlayn rejimdə radiokəşfiyyat sistemi lazımdır ki, Rusiyanın, Belarusun ərazisində qoşunların istənilən hərəkətini və konkret istiqamətlərdə toplanmasını izləmək mümkün olsun. Bütün bunlar nikbin ssenarinin gerçəkləşməsi üçün lazımdır", - Malomuj qeyd edib.
Nikbin ssenari deyəndə general avqust ayında ilk ciddi qələbələri və bir neçə aydan sonra 1991-ci ilin sərhədlərinə çıxışı nəzərdə tutur.