Ukrayna ordusu Severodonetskin yarısını Rusiya işğalçılarından AZAD ETDİ..
Tarix: 06.06.2022 / 08:58 •
Oxundu: 100 dəfə •
Ukrayna Silahlı Qüvvələri Severodonetskdə işğalçıları sıxışdırmaqda davam edir. Şəhərin yarısına nəzarəti ələ keçirdikdən sonra ukraynalı müdafiəçilər Severodonetskin nəzarət edilən hissəsində uğurlu təmizləmə aparıblar.
İDEAL Media.az xəbər verir ki, bu barədə iyunun 5-də milli telemarafonun efirində Luqansk VHA-nın rəhbəri Sergey Qayday danışıb.
O, bildirib ki, Rusiya hərbçiləri öz məğlubiyyətlərini etiraf edib və bu barədə sosial şəbəkələrdə məlumat yayıblar. Eyni zamanda, işğalçılar Luqansk vilayətinin regional mərkəzini ələ keçirmək üçün getdikcə daha çox qüvvə toplayırlar.
S.Qayday gözləyir ki, növbəti beş gündə işğalçılar şəhəri daha tez-tez atəşə tutmağa başlayacaqlar.
"Ələ keçirdiyiniz danışıqlardan belə başa düşürük ki, Rusiya ordusunun komandanı iki tapşırıq alıb - iyunun 10-dək Severodonetski və Lisiçansk-Baxmut avtomobil yolunu tutmaq. Yaxın beş gündə ruslar Luqansk vilayətini yerlə-yeksan etməyə çalışacaqlar"- deyə VHA rəhbəri əlavə edib.
O xatırladıb ki, Severodonetskdən evakuasiya hələ də mümkün deyil. Şəhərdə 15 minə yaxın insanın qaldığı məlumdur. Lakin iyunun 5-də Lisiçanskdan yalnız 98 nəfər xilas edilib.
Rusiya hərbçilərinin Luqansk vilayətində humanitar karvanı atəşə tutması nəticəsində evakuasiya Fransa jurnalisti Frederik Leklerkin həlak olmasından sonra dayandırılıb.