Putinin alman dostu Bundestaqı məhkəməyə verib
Tarix: 12.08.2022 / 19:35 •
Oxundu: 80 dəfə •
"Şrederin Rusiya ilə sıx əlaqələri Almaniyanın beynəlxalq nüfuzuna zərbə vurub..."
Şreder Rusiya şirkətlərini tərk etsə də, Putinlə dostluq münasibətlərindən imtina etmək niyyətində deyil..."
"Şrederin mənzil-qərargahının saxlanılmasına ildə 400 min avroyadək vəsait xərclənib"
Rusiya prezidentinin alman dostu Qerhard Şreder Bundestaqı məhkəməyə verərək, Almaniyanın sabiq kansleri kimi özünün xüsusi hüquqlarını bərpa etməyi tələb edib.
İDEAL Media.az xəbər verir ki, bu barədə "Velt" qəzeti məlumat yayıb.
May ayında Almaniya parlamenti Şrederi federal büdcədən maliyyələşdirilən ofisi və əməkdaşlarından məhrum edib.
Nəşrin məlumatına görə, onun mənzil qərargahının saxlanılmasına ildə 400 min avroyadək vəsait xərclənib. Bu zaman siyasətçinin təqaüdü və şəxsi mühafizəsindən istifadə hüququ saxlanılıb.
Formal səbəb olaraq sabiq kanslerin ona uyğun otaqlardan və əməkdaşların stavkalarından istifadə etmədiyi göstərilir.
Lakin KİV-lərin yazdığına görə, əslində Bundestaqın deputatları Şrederin Rusiya ilə sıx əlaqələrindən narazıdır, onu Almaniyanın beynəlxalq aləmdə nüfizuna zərər vurub.
Sabiq kanslerin fikrinə görə, parlamentin qərarı qanunsuzdur.
Qerhard Şreder Almaniya hökumətinə 1998-2005-ci illərdə rəhbərlik edib.
İstefadan sonra o, "Şimal axını" qaz kəməri də daxil olmaqla Rusiya ilə bağlı layihələrdə iştirak edib.
2007-ci ildən "Rosneft" şirkətinin direktorlar şurasına başçılıq edir, fevralın əvvəlində isə o, Rusiyanın digər "Qazprom" dövlət şirkətinin direktorlar şurasına irəli çəkilib.
Mart ayında Hannover prokurorluğu Şrederə qarşı cinayət işi açıb, o, insanlığa qarşı cinayətlərdə ittiham edilib.
Avropa Parlamentinin Şrederi Avropa İttifaqının sanksiyalar siyahısına daxil etməklə təhdid etməsindən sonra o, Rusiya şirkətlərini tərk edib, lakin Vladimir Putinlə dostluq münasibətlərindən imtina etmək fikrində deyil.