Bu gün:


Ukrayna uğrunda döyüşmək istəyirəm - Saakaşvili

Tarix: 17.08.2022 / 11:06  •   Oxundu: 79 dəfə  •  

Ukraynanın suverenliyini müdafiə etməyə hazıram.
 
İDEAL Media.az
xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan yazdığı məktubunda qeyd edib.
 
"Mən məhbusam, Gürcüstanda həbsdəyəm, amma ürəyim Ukraynadadır. Səhhətim pisdir, amma istərdim ukraynalı həmyerlilərim bilsinlər ki, məni əsgərlərimizin qəhrəmanlığını, xalqın birliyini, Prezident Zelenskinin rəhbərliyini, bütün Ukraynanı mənəvi və fiziki cəhətdən dəstəkləyirəm. Qələbəyə sonsuz inamım var”, - Saakaşvili yazıb.