Bu gün:


Rusiya bunu etsə, Avropaya ölümcül zərbə olacaq!

Tarix: 29.08.2022 / 09:24  •   Oxundu: 87 dəfə  •  

Rusiya “Şimal axını” boru kəməri ilə qaz axınını həmişəlik kəssə, Avropaya ölümcül zərbə vuracaq.
İDEAL Media.az xəbər verir ki, bu barədə "Deyli Ekspress"in analitiki Tibo Spirle deyib.

"Rusiyanın daha əvvəl elan etdiyi qaz kəmərinin avqustun 31-dən sentyabrın 2-dək dayandırılmasının davam edəcəyindən və bunun Avropa üçün ölümcül zərbə olacağından ehtiyat etmək lazımdır. Enerji təhlükəsizliyi üzrə ekspert Valeri Çoudanın dediyi kimi, “Şimal axını 1"-in tamamilə bağlanması 2023-cü ilin yanvar ayının əvvəlinə qədər AB-də qaz ehtiyatlarının tükənməsinə səbəb ola bilər. AB Rusiyanın yanacaq tədarükündəki payını azaldıb, lakin təşkilat hələ də Rusiya enerjisindən asılıdır", - o bildirib.