Bu gün:


Müqtəda əs-Sədr tərəfdarlarına bir saat vaxt verib

Tarix: 30.08.2022 / 15:44  •   Oxundu: 72 dəfə  •  

Sədr Hərəkatının başçısı, İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr tərəfdarlarına müraciət ünvanlayıb.
 
Müqtəda əs-Sədr tərəfdarlarına parlamentin qarşısını tərk etmək üçün bir saat vaxt verib.
 
Şiə lideri onun müraciətinə məhəl qoyulmayacağı təqdirdə tərəfdarlarından üz çevirəcəyini qeyd edib. 
 
Müqtəda əs-Sədr həmçinin İraq xalqından ölkədə baş verən iğtişaşlara görə üzr istəyib.