Bu gün:


Donanma məhv edildi, Putinin ümidləri doğrulmadı

Tarix: 30.08.2022 / 15:19  •   Oxundu: 124 dəfə  •  

Ukrayna hərbçiləri Rusiyanın Qara dəniz Donanmasını ikinci dərəcəli qüvvəyə çeviriblər. Onlar bir neçə rus gəmisini, həmçinin “Moskva” kreyserini batırmağa nail olublar.

İDEAL Media.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Vladimir Putin Ukraynada müharibəyə başlayarkən müvəqqəti olaraq işğal olunmuş Krımda yerləşən donanmaya arxalanıb. Bir neçə rus gəmisini batırdıqdan sonra Kiyev təşəbbüsü ələ keçirib. Krımdakı Saki aviabazasında yerləşən Qara dəniz Donanmasının aviasiya polkuna da ciddi ziyan dəyib”, - məlumatda deyilib.

Nəşr donanmanın Putinin ümidlərini doğrultmadığını bildirib:
“Donanma Ukrayna hücumlarından yayınmaq üçün istər limanlarda, istərsə də sahildən uzaqda müdafiə mövqeyi tutub. Yazdan bəri Qara dəniz Donanmasının problemləri zəif rəhbərlik, köhnəlmiş avadanlıq və təkəbbür səbəbindən daha da kəskinləşib. Hərbi uğursuzluqlar donanmanın komandiri admiral İqor Osipovun istefasına səbəb oldu. İndi Rusiya donanması praktiki olaraq köməksiz vəziyyətdədir və bir neçə ay ərzində hərəkətsiz qalıb. Rusiyanın Qara dəniz Donanması məğlub olub və hazırda yalnız qanadlı raketlərin dövri hücumları ilə müdafiə qüvvəsi kimi istifadə olunur”.