Rusiyanın ön cəbhədəki bütöv bir alayı döyüşdən imtina edərək qiyama qalxdı...
Tarix: 05.09.2022 / 08:12 •
Oxundu: 136 dəfə •
Rusiyanın Ukraynaya təzavüzünə qatılmış 1-ci ordu korpusunun 127-ci alayının hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina edərək üsyana qalxıb.
İDEAL Media.az xəbər verir ki, Ukrayna mediası bu haqda “Cənub” operativ komandanlığına istinadla məlumat yayıb.
“İşğalçı qüvvələrin 1-ci ordu korpusunun 127-ci alayının hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan kollektiv imtina şəklində qiyamı qeydə alınıb. Səbəblərdən biri də hərtərəfli dəstəyin qeyri-qənaətbəxş olması olub. Belə ki, ön mövqelərdə olan şəxsi heyət hətta susuz qalıb.
İşğalçı qüvvələrin xüsusi xidmət orqanları qiyamçılara qarşı tədbirlər görüb - onlar mövqelərdən çıxarılıb"- məlumatda belə deyilir.