Bu gün:


Ərdoğandan Avropaya MESAJ: “Əkdiyinizi biçdiniz”

Tarix: 06.09.2022 / 13:07  •   Oxundu: 81 dəfə  •  

“Bu qış Avropa Rusiyadan qaz nəqlinin azalması səbəbindən ciddi problemlərlə üzləşəcək. Avropa “əkdiyini biçir”, bizim qazla bağlı heç bir problemimiz olmayacaq”.

İDEAL Media.az xəbər verir ki, bu sözləri çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında jurnalistlərin Avropaya qaz nəqlində yaranmış böhranla bağlı vəziyyəti qiymətləndirməklə bağlı sualına cavab olaraq bildirib.
“Avropanın Rusiya Prezidenti Vladimir Putinə münasibəti və tətbiq etdikləri sanksiyaları istər-istəməz cənab Putini bu qərarı qəbul etməyə şərait yaratdı. Düşünürəm ki, Avropa bu qışı ciddi problemlərlə keçirəcək. Digər tərəfdən Türkiyədə qaz təchizatı ilə bağlı heç bir problem yoxdur”, - Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqında enerji böhranı iyulun əvvəlində, Rusiyadan bir sıra Aİ ölkələrinə qaz tədarükündə ilk fasilələr, o cümlədən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən “Şimal axını” üçün turbinlərin saxlanması ilə bağlı problemlər yarandıqda daha da pisləşdi. Bazar ertəsi Avropada qazın qiyməti 30% artaraq 1000 kubmetr üçün 2850 dolları ötüb. Buna səbəb “Şimal axını” qaz kəməri ilə tədarükün dayandırılmasıdır.