Hulusi Akar: “Ukrayna limanlarından 2,5 milyon tona yaxın taxıl çıxıb”
Tarix: 07.09.2022 / 10:12 •
Oxundu: 100 dəfə •
Türkiyənin müdafiə naziri Hulusi Akar Ukrayna limanlarında taxıl daşınması üçün İstanbulda qurulan Müştərək Koordinasiya Mərkəzinin fəaliyyətinin davam etdiyini bildirib.
Nazirin sözlərinə görə, indiyə qədər Ukraynadan təxminən 100 gəmi və 2,5 milyon tona yaxın taxıl çıxarılıb.
Akar Ukrayna və Rusiyanın Türkiyənin Qara dənizdəki iki qonşusu olduğuna diqqət çəkib. O, Krımın da daxil olduğu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.
Nazir münaqişə tərəfələri arasında Antalya və İstanbulda keçirilən görüşlərin yaratdığı müsbət atmosferin yenidən vüsət almasını arzulayıb.