Cənubi Koreyanı qasırğa vurdu: Su basmış dayanacaqda yeddi nəfər öldü
Tarix: 07.09.2022 / 15:29 •
Oxundu: 64 dəfə •
Cənubi Koreyanın paytaxtı Seulda güclü yağışlar daşqınlara səbəb olub.
Nəticədə azı səkkiz nəfər ölüb, 14 nəfər yaralanıb. Dayanacaqda baş verən su basması nəticəsində isə yeddi nəfərin həyatını itirdiyi bildirilir.
Koreya Meteorologiya Agentliyi paytaxt Seul və ətraf ərazilərdə son 80 ildə ən yüksək səviyyədə yağıntının düşdüyünü açıqlayıb. Meteoroloqlar yağışın daha bir neçə gün davam edəcəyini qeyd ediblər.
Daşqınlar nəticəsində metronun pilləkənlərini sel basıb, avtomobillər su altında qalıb, insanlar küçələrdə suyun içində çarəsiz vəziyyətdə qalıblar.
Yarızirzəmi sayılan yaşayış obyektində üç nəfər ölüb.
Bina rəhbərliyi tərəfindən sakinlərə nəqliyyat vasitələrini çıxarmaq üçün dayanacağa enməmələri barədə xəbərdarlıq olunub. Lakin xəbərdarlığa əməl etməyib avtomobillərini çıxarmağa gedən insanlar qapalı vəziyyətdə çarəsiz qalıblar. Nəticədə yeddi nəfər ölüb.
Sel və dağıntılar altında qalan mənzildə 40 yaşlı iki bacı və onların 13 yaşlı qızlarının da öldüyü bildirilir.